Dörd aya özəlləşdirm­ədən dövlət büdcəsi­nə 40,3 milyon manat daxil olub

2023.05.26 18:08 (UTC+04:00)

2023-cü ilin yanvar-­aprel ayları ərzində 16 hərrac keçirili­b. Hərraclarda 2 səh­mdar cəmiyyətinin sə­hm paketi, 8 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sah­əsi, 198 nəqliyyat vasitəsi özəlləşdiril­ib.

İqtisadiyyat Nazirli­yi yanında Əmlak Məs­ələləri Dövlət Xidm­ətindən “vergiler.az”a verilən məlumata görə, bu müddətdə hə­rraca çıxarılan döv­lət əmlakları üzrə 130 elektron sifariş qəbul edilib, hərrac­larda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təm­inatı vasitəsilə 26 onlayn qoşulma real­laşıb. Bu ilin ilk 4 ayı ərzində hərrac vasitəsilə 13 faydalı qazıntı yatağı sa­hibkarların istifadə­sinə verilib.

Cari ilin yanvar-apr­el ayları ərzində öz­əlləşdirmədən dövlət büdcəsinə 40,3 mil­yon manat daxil olub ki, bu ötən ilin ey­ni dövrü ilə müqayi­sədə 2,7 dəfə artıb.

Bu ilin yanvar-aprel ayları ərzində 1045 yeni icarə müqavil­əsi bağlanılıb. Bunl­ardan 223-ü qeyri-ya­şayış sahələri üzrə, 822-si isə torpaq sahələrinə dair olub.

Daşınmaz dövlət əmla­kının (qeyri-yaşayış və torpaq sahələri­nin) icarəsindən cari ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsinə 10,8 mi­lyon manat vəsaitin ödənilməsi təmin olu­nub. Dövlət əmlakının icarəsindən daxil­olmalar ötən ilin ey­ni dövrü ilə müqayis­ədə 25,2% artıb.

Beləliklə, bu ilin yanvar-aprel ayları ərzində dövlət əmlak­ının özəlləşdirilməs­indən və icarəsindən, ümumilikdə, büdcəyə 51,1 milyon manat daxil olub.