"İzvestiya" qəzetinin məlumatına əsasən, Hesablama Palatasının bülletenində xüsusi iqtisadi zonaların (XİZ) gələcəyi ilə bağlı nikbin proqnoz verilməyib. Büllütendə qeyd edilib ki,rezidentlərinə ciddi vergi və gömrük güzəştləri müəyyənləşdirilən XİZ-lər əvvəlcədən təxmin edildiyinin əksinə olaraq Rusiya iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilə bilməyib.
Bildirilib ki, bu zonaların ərazisində istehsal edilən məhsulların 80 faizi ölkənin daxili bazarında istesal olunur. Həmin malları Rusiyanın yerli şirkətləri də istehsal edirlər və bunlar ölkəyə xaricdən gətirilmir.
Hesabat müəllifləri XİZ-lərin Rusiya iqtisadiyyatının yüksək tenologiyalı sahələrini inkişaf etdirmək və yeni məhsullar hazırlamaq məqsədi ilə təşkil edildiyini vurğulayıblar: "Lakin XİZ üçün gətirilmiş avadanlıqların təhlili göstərir ki, bunlar tikinti materialları, maşın şinləri və əczaçılıq məhsulları kimi geniş tələbat mallarının istehsalı üçün nəzərdə tutulub ki, bu da əsas tələblərə cavab vermir".
Hesablama Palatasının yekun rəyi bundan ibarətdir ki, ayrı-ayrı qurumlar XİZ rejimlərindən onların qeydiyyatında nəzərdə tutulduğu kimi ölkənin sosial-iqtisadi inkişafı naminə deyil, vergi ödənişlərini minimallaşdırmaq üçün istifadə edirlər.