Vergilər Nazirliyində görüş keçirilib

2019.06.03 11:38 (UTC+04:00)

Vergilər naziri Mikayıl Cabbarov Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri cənab Vaxtanq Laşkaradze ilə görüşüb.
Görüşdə Azərbaycan və Gürcüstan arasında vergi sahəsində əməkdaşlığın mövcud vəziyyəti və daha da genişləndirilməsi imkanları ilə bağlı məsələlər müzakirə olunub, qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.