Leonid Zayats: “İqtisadi əməkdaşlıq Belarus-Azərbaycan əlaqələrinin inkişafının flaqmanıdır”

2023.05.25 09:44 (UTC+04:00)

Azərbaycan Belarus üçün həm ikitərəfli formatda, həm də beynəlxalq platformalarda son dərəcə vacib və etibarlı tərəfdaşdır.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Belarus mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş nazirinin müavini Leonid Zayats deyib.

Onun sözlərinə görə, ikitərəfli əlaqələr bütün istiqamətlərdə inkişaf edir. "Qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq Belarus Respublikası ilə Azərbaycan arasında münasibətlərin gələcək inkişafının flaqmanıdır. Biz əsas əmtəə məhsullarının qarşılıqlı tədarükünü artırmağa davam edirik", - L.Zayats bildirib.

Baş nazirin müavini Belarus məhsullarının Azərbaycana ixracı, sənaye kooperasiyasının inkişafı və birgə istehsal olunan məhsulların çeşidinin genişləndirilməsi kimi məsələlərə də toxunub.