"İqtisadi zona" proqramının növbəti buraxılışı VİDEO

2023.05.22 14:21 (UTC+04:00)

- Vergi güzəşti və azadolmaları hansı media subyektlərinə və onların hansı gəlirlərinə şamil olunur?

- Müştərisi olduğunuz bank bağlanarsa, hansı addımı atmalısınız?

- Sahibkarların kredit almasını çətinləşdirən maneələr necə aradan qaldırılacaq?

- Öz hesabına məzuniyyət götürüb yay tətilini bir az da uzatmaq istəyənlər çoxdur. Bəs hər bir işçi ildə neçə gün ödənişsiz məzuniyyət götürə bilər?

Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi Zona" proqramının 21 may 2023-cü il tarixli buraxılışında tanış ola bilərsiniz. Vergi Məcəlləsinə edilən dəyişikliklərlə 2023-cü il yanvarın 1-dən media subyektlərinə bir sıra vergi güzəşti və azadolmaları verilib. Azadolma hansı media subyeklərinə, onların hansı gəlirlərinə aiddir? Mövzu ilə bağlı Günel Bəhramqızının suallarını Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev cavablandırıb.