Hindistan Azərbaycanın ilk beş ticarət tərəfdaşı sırasındadır və ötən il qarşılıqlı ticarətin 155 faiz artması bunun yaxşı göstəricisidir.
Bunu Hindistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhanan etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən deyib.
Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişlənməsi baxımından böyük potensial olduğunu bildirən səfir bu xüsusda neft sənayesi və əczaçılıq sahələrini qeyd edib. Onun sözlərinə görə, Azərbaycandakı multikulturalizm Hindistan üçün çox cəlbedicidir, humanitar sahədə də əlaqələrimizin genişləndirilməsi önəm daşıyır.
Diplomat turizm sahəsində əməkdaşlığa toxunub, informasiya texnologiyaları, energetika, təhsil, ekologiya və digər sahələrdə əməkdaşlığın həyata keçirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.
AZƏRTAC