Yanvar-aprel ayları ərzində ixrac əməliyyatlarında 6,4 faiz artım əldə olunub

2023.05.19 14:34 (UTC+04:00)

Xarici ticarət əlaqələrində müşahidə olunan müsbət dinamika şəraitində bu ilin yanvar-aprel aylarında idxal 31,1% artaraq 5.297,9 milyon dollar, ixrac isə 6,4% artaraq 12.584,8 milyon dollar olub.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında paylaşım edib.