Daşınmaz əmlak alarkən ƏDV-nin bir hissəsi necə geri qaytarılır? VİDEO

2023.05.19 13:02 (UTC+04:00)

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) bir hissəsi geri qaytarılır. Bununla bağlı İnternet Vergi İdarəsində müvafiq portal hazırlanıb (https://new.e-taxes.gov.az/eportal/az...) və 21 noyabr 2022-ci il tarixdən istifadəyə verilib. Ümumilikdə indiyədək vergi orqanlarına vətəndaşlar tərəfindən ƏDV-nin geri qaytarılması ilə bağlı 6 mindən çox müraciət daxil olub, 2 mindən artıq müraciət üzrə ümumilikdə 5 milyon manatdan çox vəsait vətəndaşlara qaytarılıb.

Daşınmaz əmlak alarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması üçün vətəndaşlar hara müraciət etməlidirlər? "Biznes mühiti"nin ilk buraxılışının qonağı Dövlət Vergi Xidmətinin şöbə rəisi Telman Məmmədov suallara aydınlıq gətirir.