Bu ilin yanvar-aprel aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,2% artaraq 1 milyard 187,2 milyon dollar təşkil edib.
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
"Son dövrlərdə qeyri-neft sektorunun ixrac imkanlarının getdikcə artması iqtisadiyyatın şaxələnməsinin mühüm göstəricilərindən biridir", - nazir əlavə edib.