Bir şirkətin adı ilə digər şirkətin əmtəə nişanının oxşar olması qanunvericiliyin pozulmasıdırmı?

2023.05.20 12:00 (UTC+04:00)

Bazar subyektinin firma adı digər bazar subyektinin əmtəə nişanına oxşar olduğu təqdirdə, həmin firma adından istifadə edilməsi haqsız rəqabət haqqında qanunvericiliyinin pozulmasına səbəb olub-olmamasına dair İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Eltac Sadıqova məlumat verir.