Azərbaycan-Özbəkistan İnvestisiya Fonduna dair Saziş təsdiqlənib

2023.05.18 15:51 (UTC+04:00)

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında” 2023-cü il fevralın 24-də Daşkənd şəhərində imzalanmış Saziş təsdiq edilib.

Prezident İlham Əliyev bu barədə müvafiq qanunu imzalayıb.