“Zəngilan” tankeri inşasının davam etdirilməsi məqsədilə suya salınıb. Texniki göstəricilərinə görə geniş imkanlara malik bu gəmi Bakı Gəmiqayırma Zavodunda inşa edilən sayca dördüncü neft tankeri və ikinci neft-kimyəvi məhsullar daşıyan tankerdir.
Bu haqda məlumatı iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşıb.
“Tankerin inşası Azərbaycan ərazisindən tranzit yükdaşımalarının həyata keçirilməsinə, neft-qaz layihələrinin uğurla icrasına və yerli gəmi tikintisi sənayesinin inkişafına mühüm töhfədir”, - nazir əlavə edib.