Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarından indiyədək 483 milyon ton neft hasil edilib ki, bunun da 280,4 milyon tonu ölkənin mənfəət neftinin payına düşüb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransında bildirib ki, AÇG yataqlarından hasil edilən neftin 58 faizi Azərbaycanın payına düşür. Bu ilin may ayının 1-dək AÇG-dən hasil edilən qazın həcmi 157 milyard kubmetr təşkil edib.