ABŞ-ın vergi siyasəti böyük şirkətlərin coğrafiyasını dəyişir

2019.06.01 17:19 (UTC+04:00)

ABŞ ilə Çin arasında gedən ticarət müharibəsi – Prezident Trampın Çin mallarına əlavə gömrük vergisi tətbiq etməsi nəticəsində "Apple" və onun tədarükçü şirkəti olan "Pegatron" istehsal zəncirini Çindən xaricə köçürməyi planlaşdırıb. Köçün ünvanının Vyetnam olacağı gözlənilirdi. Yerli xəbər mənbələrinin məlumatına əsasən, daha yaxşı şərtlərlə işçi qüvvəsi təklif etdiyinə görə, Vyetnamın əvəzinə İndoneziya seçilib. "Pegatron" iyun ayından başlayaraq İndoneziyada "MacBook" və "iPad” istehsalına başlayacaq. Bu planın həyata keçirilməsi üçün artıq İndoneziyadakı zavodlar üçün 300 milyon dollar sərmayə qoyulub.