Aİ Komissiyasının məsul üzvü texnoloji şirkətlərə vergi güzəştinin əleyhinədir

2019.06.01 11:38 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) Komissiyasının rəqabət məsələlərinə məsul üzvü Marqret Vestager Avropa Parlamentinə seçkilərlə bağlı səs vermək üçün öz ölkəsinə - Danimarkaya gəlib. Paytaxt Kopenhagenin tarixi bələdiyyə binasında səs verəndən sonra mətbuat nümayəndələrinin suallarını cavablandırarkən texnoloji şirkətlərin də digər şirkətlər kimi vergi ödəməli olduğunu bildirib: "İş yoldaşım Pyer Moskovisinin (Aİ Komissiyasının maliyyə məsələlərinə məsul üzvü) apardığı araşdırmaya görə, rəqəmsal şirkətlər orta hesabla 8 faiz vergi ödəyirlər. Qalan şirkətlər isə Avropada orta hesabla 23 faiz vergi ödəyirlər. Bu, ədalətli rəqabət deyil və bunun dəyişdirilməsinə ehtiyac var".