"İqtisadi zona" proqramının növbəti buraxılışı VİDEO

2023.05.15 13:00 (UTC+04:00)

- Son 5 ildə işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı artıb. Qeyri-neft sektorunun özəl bölməsindəki müqavilələrinin sayı dövlət sektorundakı göstəriciyə yaxınlaşıb.

- Evlərin icbari sığortası ilə bağlı vətəndaşlara xəbərdarlıq edilir. Sığortası olmayan ev sahibləri nə vaxtdan cərimələnəcək?

- Turizm reyestri işə düşdü. Bu, xidmət səviyyəsinin yüksəldilməsinə necə təsir edəcək?

- Göygöldən Kəlbəcərə yarım saata getmək mümkün olacaq. Dünyanın ən uzun tunellərindən olan Murovdağ tunelindən eksklüziv reportaj.

Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi zona" proqramının 14 may 2023-cü il tarixli buraxılışında tanış ola bilərsiniz. Artıq 4 ildir ki, sosial xidmətlərin daha operativ və rahat əldə olunmasını təmin edən DOST xidmət mərkəzlərinin fəaliyyəti və perspektivləri barədə Günel Bəhramqızının suallarını DOST Agentliyinin idarə heyətinin sədri Fərid Məmmədov cavablandırıb.