İqtisadiyyat Nazirliyində Ulu Öndərin 100 illiyinə həsr edilmiş minifutbol turniri keçirilir

2023.05.15 10:11 (UTC+04:00)

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Nazirliyin tabeliyində olan və strukturuna daxil olan qurumlar arasında minifutbol turnirinə start verilib. Turnirdə Nazirlik əməkdaşlarından ibarət 32 komanda mübarizə aparır.