2018-ci il dövlət büdcəsinin icrası təsdiqləndi

2019.05.31 19:05 (UTC+04:00)

Mayın 31-də Milli Məclisin yaz sessiyasının sonuncu iclası keçirilib. İclasda millət vəkilləri "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsini müzakirə ediblər. Qeyd olunub ki, ötən il büdcənin gəlirləri 22 milyard 508 milyon 869,7 min manat, xərcləri isə 22 milyard 731 milyon 644,5 min manat məbləğində təsdiq edilib. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.