Macarıstanda elektron ticarətlə bağlı vəziyyət müzakirə edilib

2018.12.17 14:15 (UTC+04:00)

Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (İOTA) tərəfindən "Elektron ticarətin monitorinqi üçün vasitələr" mövzusunda müzakirə keçirilib. Müzakirə zamanı elektron ticarətin monitorinqi üçün vasitələr anlayışı, uyğun seçim alətləri və bu sahədə mövcud olan problemlər, eləcə də qanunvericilik və prosedur dəyişiklikləri, vergi ödəyicilərinin məlumatlandırılmasının və onlara göstərilən xidmətlərin yolları və vasitələri, bu sahədə qabaqcıl təcrübələr barədə məlumat verilib.

Tədbirdə Vergilər Nazirliyini İqtisadi təhlil və ekspertiza departamentinin əməkdaşı Orxan Hüseynov və Rəqəmsal vergi inzibatçılığı departamentinin əməkdaşı Rüstəm Abdullayev təmsil edib.