İqtisadi aktivlik, "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması istiqamətində aparılan işlər bir çox sahədə fəaliyyətin leqallaşmasına, aktiv ödəyici kateqoriyasının artmasına imkan verib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Orxan Nəzərlinin "Azərbaycan" qəzetində dərc edilən məqaləsində bildirilir.
DVX rəisi ƏDV ödəyicilərinin sayında müşahidə olunan artımın fiskal baxımdan xüsusilə aktual olduğunu qeyd edib.
“2022-ci ildə aktiv vergi ödəyicilərinin sayı 7, aktiv ƏDV ödəyicilərinin sayı 15,1, aktiv obyektlərin sayı isə 3,2 faiz artıb. 2023-cü ilin 1-ci rübündə isə bu göstəricilərdə artım müvafiq olaraq 1,7, 3,9 və 1,2 faizdir. Bu ilin aprel ayına aktiv vergi ödəyicilərinin sayı 724 mindən çox olub”, - O. Nəzərli bildirib.