Sosial yardım almaq hüququna baxılması üçün elektron qaydada müraciət edilməlidir

2019.05.31 17:05 (UTC+04:00)

Beynəlxalq Sosial Təminat Assosiasiyası tərəfindən 20 ölkədən 76 sosial layihənin iştirak etdiyi müsabiqənin nəticəsinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanlı dövlət sosial yardımı üzrə elektron sistemini xüsusi mükafata layiq görməsi bunun növbəti təzahürüdür. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, ölkəmizdə icra olunan ünvanlı dövlət sosial yardımı proqramı aztəminatlı ailələrin sosial müdafiəsində mühüm rola malikdir. Azərbaycanın öz mütəxəssisləri tərəfindən hazırlanaraq tətbiq edilən elektron sosial yardım sistemi bu proqramın icrasında ünvanlılığın təminatına, yardım alınması üçün müraciət və təyinat prosesinin məmur-vətəndaş təması olmadan, tam şəffaf həyata keçirilməsinə imkan yaradıb. Digər tərəfdən, proqramın icrasının, bu sahədə xidmətlərin və idarəçiliyin operativliyi, sosial yardım sisteminin aztəminatlı ailələrə daha əlçatan olması təmin edilib.

Hər hansı vətəndaş təmsil etdiyi ailənin sosial yardım almaq hüququna baxılması üçün yalnız elektron qaydada müraciət edərək ailəsinin tərkibi, gəlirləri, əmlakı və s. barədə məlumatları elektron sistemə daxil edir və bu məlumatlar avtomatlaşdırılmış rejimdə yoxlanaraq qərar qəbul olunur. Hazırda nazirlik tərəfindən ünvanlı dövlət sosial yardımı sisteminin, o cümlədən bu sahədə elektron infrastrukturun təkmilləşdirilməsi istiqamətində də işlər aparılır.