Sahibkarlar və investorlara Qarabağda biznes qurmaqda dövlət tərəfindən zəruri dəstək təmin edilir, güzəşt və imtiyazlar verilir, mühüm infrastruktur layihələri həyata keçirilir.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı xəbər verir ki, bu barədə “Azərbaycanda BMT-nin inkişaf təşəbbüslərinin həyata keçirilməsində Heydər Əliyevin rolu” mövzusunda keçirilən konfransda çıxış edərkən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Mikayıl Cabbarovun sözlərinə görə, azad edilmiş torpaqların reabilitasiyasına mane olan əsas məqam bu ərazilərin minalanmasıdır. “Bu, sürətli reinteqrasiyaya əngəl törədir. Minatəmizləmə ilə bağlı Azərbaycanda fəaliyyət göstərən BMT agentlikləri ilə bu istiqamətdə layihələrin icrasının daha da genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir”, - deyə nazir qeyd edib.