Qeyri-neft sektorunun inkişafı dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə imkan yaradır.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı xəbər verir ki, bu barədə “Azərbaycanda BMT-nin inkişaf təşəbbüslərinin həyata keçirilməsində Heydər Əliyevin rolu” mövzusunda keçirilən konfransda çıxış edərkən millət vəkili Ziyad Səmədzadə deyib.
Onun sözlərinə görə, yoxsulluğun azaldılmasını şərtləndirən ən böyük amillərdən biri yeni iş yerlərinin yaradılmasıdır.
"Yeni iş yerlərinin yaradılmasını ön plana çəkən dövlət başçısı sənayeləşmə siyasətinin aparılmasını, texnoparkların yaradılmasını, qeyri-neft sektorunun üstün inkişafını vacib istiqamətlərdən hesab edir. Bunlar bütövlükdə dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə imkan yaradır. Biz gərək bundan sonra da dayanıqlı inkişaf məqsədlərinə, eyni zamanda Prezidentin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq bir sıra göstəriciləri ön plana çəkək. Milli prioritetlərin hazırlanması prosesində bunların əksəriyyəti nəzərə alınıb.",- deyə Z.Səmədzadə qeyd edib.