Bu ilin yanvar-mart aylarında Özbəkistan Azərbaycana 219 min ABŞ dolları dəyərində mebel ixrac edib.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Özbəkistanın Statistika Agentliyinə istinadən xəbər verir ki, cari ilin ilk üç ayında mebel ixracının ümumi dəyəri 2,1 milyon dollar təşkil edib və bu məhsulun 91 faizi əsasən beş ölkəyə tədarük edilib.
Hesabat dövründə ümumi ixrac dəyərinin 27,7 faizi və ya 582 min dolları Rusiyanın, 20,7 faizi (435 min dollar) Tacikistanın, 18,3 faizi (385 min dollar) Qazaxıstanın, 14,3 faizi (300 min dollar) Qırğızıstanın, 10,4 faizi isə Azərbaycanın (219 min dollar) payına düşüb.
Ümumilikdə cari ilin ilk rübündə Özbəkistan mebelləri 14 ölkəyə tədarük edilib.