Polşa Respublikası Prezidentinin Azərbaycana rəsmi səfəri

2019.05.31 15:04 (UTC+04:00)

Azərbaycana rəsmi səfər edən Polşa Respublikasının Prezidenti Andjey Duda ilə dövlətimizin başçısı İlham Əliyev arasında təkbətək və geniş tərkibdə görüş olub.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd edilib. Əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb. Bu səfərin ikitərəfli münasibətlərin genişlənməsinə töhfə verəcəyi bildirilib. Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra hər iki prezidentin iştirakı ilə Azərbaycan-Polşa sənədlərinin imzalanması mərasimi olub. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Polşa Respublikasının Prezidenti Andjey Duda mətbuata bəyanatlarla çıxış ediblər.