Prezident İlham Əliyev: “Bu gün Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərindən birinə çevrilib”

2023.05.10 10:48 (UTC+04:00)

Bu gün Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərindən birinə çevrilib.

Bunu Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində deyib.

Məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizinə dair çox böyük və mötəbər beynəlxalq konfrans keçirildiyini xatırladan dövlətimizin başçısı bildirib: “Məhz o illərdə bu gün “Orta Dəhliz” dediyimiz layihənin bünövrəsi qoyuldu – Avropa-Qafqaz-Asiya. Yəni bu dəhlizin Azərbaycan ərazisindən keçməsi o illərdə şərtləndirildi”.

AZƏRTAC