Gəmiqayırma sahəsi əməkdaşlığımızın xeyli genişlənməsinə imkan verən bazadır.
Bu fikirləri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında ticari-iqtisadi və humanitar əməkdaşlıq: hazırkı vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransdakı çıxışında Həştərxan vilayətinin sənaye, ticarət və energetika nazirinin müavini Mixail Kabakov söyləyib.
Nazir müavini deyib: “Ötən ilin payızında bizim nazirimiz Bakıya səfər etdi, Azərbaycan Xəzər Gəmiçiliyinin rəhbərliyi ilə gəmiqayırma sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi apardı. Danışıqlar Həştərxanda davam etdirildi. Bu, Azərbaycan tərəfinin əməkdaşlıqda maraqlı olmasını göstərir. Ona görə də biz bu istiqaməti əməkdaşlığımızın genişləndirilməsi imkanı kimi görürük. Biz gələcəkdə zavodlarımız ilə öz müəssisələrimizdə korpuslar inşa edə, Azərbaycandakı gəmilərin inşasının başa çatdırılması prosesini həyata keçirə bilərik”.
AZƏRTAC