"İqtisadi zona" proqramının növbəti buraxılışı VİDEO

2023.05.08 15:55 (UTC+04:00)

- Türkiyənin məşhur onlayn satış şəbəkəsi sifarişləri Azərbaycana birbaşa çatdıracaq. Qiymətlər vətəndaşı qane edəcəkmi?

- Köhnə xarici maşın, yoxsa təzə yerli maşın? Vətəndaşlar ölkədə istehsal olunan avtomobilləri almaqda maraqlıdırmı?

- Şərqi Zəngəzurun bərəkətli torpaqlarına həyat qayıdır. Azərbaycan-Türkiyə ortaq layihəsi olan aqroparkdan reportaj.

- Naxçıvanda Vergi ödəyicilərinə xidmət mərkəzi istifadəyə verilib.

Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi zona" proqramının 07 may 2023-cü il tarixli buraxılışında tanış ola bilərsiniz.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna ediləcək dəyişiklik, bunun sahibkarlara qazandıracağı üstünlük və əlavə hüquqlar barədə Günel Bəhramqızının suallarını Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov cavablandırıb.