Bu ilin yanvar-aprel ayları ərzində istehlakçıların 884 müraciəti təmin olunub.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Twitter” hesabında yazıb.
Xidmət rəisi bildirib ki, təmin olunan müraciətlərin nəticəsi olaraq, 110 085 manat vəsait istehlakçılara geri qaytarılıb, 15 205 manat məbləğində dəyən ziyan ödənilib.