Prezident Şavkat Mirziyoyevin imzaladığı "Özbəkistan Respublikasında korrupsiyaya qarşı mübarizə sisteminin daha da təkmilləşdirilməsi tədbirləri haqqında" fərmanda dövlət qulluqçularının gəlirlərinin bəyan edilməsi sisteminin mərhələlər üzrə tətbiqi, məmurların müvafiq səviyyədə əməkhaqqı ilə təmin olunması, eləcə də dövlət qulluğu göstərilərkən münaqişənin həllinin təşkilati-hüquqi əsaslarının təkmilləşdirilməsi nəzərdə tutulur. Məşğulluq və Əmək Münasibətləri Nazirliyinə tapşırılıb ki, Baş Prokurorluq, Ədliyyə, Maliyyə, İqtisadiyyat və Sənaye nazirlikləri ilə birlikdə üç ay ərzində Nazirlər Kabinetinə bu məsələ ilə bağlı öz təkliflərini versin, texniki infrastrukturun və zəruri proqram təminatının yaradılması üçün tədbirlər görsün.