TAİEX 3 günlük təlim keçirir

2018.12.17 14:33 (UTC+04:00)

Dekabrın 10-da Vergilər Nazirliyində TAİEX Ekspert Missiyasının 3 günlük təlimi işə başlayıb. Tədbirin məqsədi Vergilər Nazirliyinin strateji hədəflərinə istinad edərək audit prosesi zamanı elektron alətlərdən istifadənin genişləndirilməsi, yoxlamaya sərf olunan müddətin və resursların azaldılması, vergi ödəyicisi ilə təmasın minimuma endirilməsi və digər məsələlər üzrə təcrübə mübadiləsinin aparılmasıdır. Təlimi Beynəlxalq Vergi və İnvestisiya Mərkəzinin (İnternational Tax and İnvestment Center) eksperti Jerry Taylor aparır.

Qeyd edək ki, Avropa Komissiyasının təcrübə mübadiləsi üzrə texniki yardım alətlərinin imkanlarından yararlanmaq məqsədilə "Audit prosesinin və aidiyyəti qanunvericilik bazasının təkmilləşdirilməsi" mövzusunda Vergilər Nazirliyinin əsaslandırılmış layihə ilə Komissiyaya müraciət edib. Həmin layihə TAİEX-in ekspertləri tərəfindən uğurlu hesab edilərək onun əsasında təlim keçilməsinə qərar verilib.