Macarıstanla iqtisadi tərəfdaşlığın gücləndirilməsi müzakirə olunub
2023.05.05 13:10 (UTC+04:00)
Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad ilə ölkələrimizin iqtisadi tərəfdaşlığının gücləndirilməsi istiqamətində səmərəli müzakirələr apardıq:
- Azərbaycanda xarici şirkətlərin fəaliyyəti üçün yaradılmış biznes mühiti;
- Sənaye, energetika, əczaçılıq, nəqliyyat, bank və digər sahələrdə əməkdaşlıq imkanları;
- Ticarət əlaqələrinin təşviqi.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında məlumat verib.