Rusiyada əcnəbilər üçün vergi güzəştləri gözlənilir

2019.05.30 19:02 (UTC+04:00)

Baş nazirin birinci müavini Anton Siluanov bildirib ki, hökumət Rusiya Federasiyasında fəaliyyət göstərən qeyri-rezidentlərin gəlir vergisi dərəcəsinin 13 faizə qədər azaldılması məsələsini müzakirə etməyə hazırdır. Qeyd edək ki, hazırda Rusiyada çalışan əcnəbilərin gəlir vergisinin dərəcəsi onların vergi ili ərzində ölkə ərazisində olduğu müddətə əsasən müəyyənləşdirilir. Vergi ödəyicisi son il ərzində Rusiyada 183 gündən artıq qaldıqda onu rəsmi şəkildə ölkənin rezidenti hesab edirlər və gəlirləri 13 faizlik dərəcə ilə vergiyə cəlb olunur. Ölkə ərazisində bir il ərzində 183 gündən az qalan əcnəbi isə qeyri-rezident statusu daşıyır və gəlir vergisini 30 faizlik dərəcə ilə ödəyir.