Vergilər naziri və müavinləri vətəndaşları qəbul edəcəklər

2019.05.30 17:00 (UTC+04:00)

Cədvələ əsasən, Vergilər naziri Mikayıl Cabbarov iyunun 21-də Zaqatalada vətəndaşları qəbul edəcək. Görüşdə Zaqatala ilə yanaşı, Balakən və Qax rayonlarından olan vergi ödəyiciləri də iştirak edəcəklər.

Həmin gün Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov Ucar şəhərində Ucar, Göyçay, Kürdəmir, Ağdaş və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək.

İyunun 14-də Vergilər nazirinin müavini Sahib Ələkbərov İmişli şəhərində İmişli, Ağcabədi, Beyləqan, Xocavənd, Füzuli, Laçın rayonlarından, Vergilər nazirinin müavini Mətin Eynullayev isə Ağsuda Ağsu, Şamaxı, Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcəklər.