2023-cü ilin birinci rübündə Azərbaycanda həyata keçirilən kart əməliyyatların ümumi həcmi 17,7 milyard manat olub. “vergiler.az” xəbər verir ki, bu barədə Mərkəzi Bankın baş direktoru Fərid Osmanov məlumat verib. Onun sözlərinə görə, bu əməliyyatların 9 milyard manatı nağdsız ödənişlərin payına düşüb.
F.Osmanov əlavə edib ki, birinci rübdə ötən ilin eyni dövrü ilə müqayisədə kart ödənişlərində 12 % artım müşahidə edilib.