TDT-yə üzv dövlətlər arasında yük daşımaları haqqında Saziş təsdiqlənib

2023.05.02 12:09 (UTC+04:00)

“Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” Saziş təsdiqlənib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Saziş 2022-ci il noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində imzalanmışdı.