SECO “Kiçik biznes üçün maliyyə və məsləhət” layihəsinə vəsait ayıracaq

2023.05.02 10:40 (UTC+04:00)

İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) Azərbaycanda “Kiçik biznes üçün maliyyə və məsləhət” layihəsinin maliyyələşdirilməsinə dair qərar verib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı İsveçrə səfirliyinin məlumatına istinadən xəbər verir ki, 2027-ci ilə qədər davam edəcək bu layihəyə SECO tərəfindən 2 milyon CHF (təxminən 2,25 milyon ABŞ dolları) ayrılacaq.

Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən Kiçik Biznesə Təsir Fondu (SBIF) vasitəsilə həyata keçiriləcək.

Layihə kiçik və orta sahibkarlığa məsləhət və nəticəyə yönəlik maliyyələşdirmə ilə dəstək vermək məqsədi daşıyır.