Bu ilin yanvar-mart aylarının nəticələrinə əsasən, Azərbaycan Ukraynadan kartof idxal edən üç əsas ölkə sırasına daxil olub.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı "UkrAgroConsult"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Gömrük Xidmətinin hesabatında deyilir.
Bildirilir ki, cari ilin ilk üç ayında kartof ixracının həcmi 14,8 min ton təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisini 45,1 faiz üstələyib. Eyni zamanda, dəyər ifadəsində kartof ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,3 faiz azalaraq 1,8 milyon dollar təşkil edib.
Ukraynadan ən çox kartofu Moldova (87,5 faiz), Gürcüstan (9,5 faiz) və Azərbaycan (2,1 faiz) alıb.