Prezident İlham Əliyev “Sabirabad şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Sabirabad şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,9 milyon manat ayrılıb.