Oleq Leşenyuk: “Layihələrə diqqət yetirməyə və ortaq nöqtələr axtarmağa dəyər”

2023.05.01 16:03 (UTC+04:00)

“Belarus və Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın inkişafının böyük potensialı var”. Bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Belarus Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru, iqtisadçı ekspert Oleq Nikolayeviç Leşenyuk bildirib.

Ekspertin sözlərinə görə, Azərbaycanın orijinal mədəniyyəti, Qafqazın və Xəzər dənizinin gözəlliyi, çoxəsrlik tarixi, şübhəsiz ki, Belarusdan gələn turistləri cəlb edəcək. Öz növbəsində Belarus da maraqlı yerlərə turlar, təhsil və sağlamlıq turizmi təklif edə bilər.

“Hər iki ölkə innovativ inkişaf yolu ilə inamla gedir, iqtisadiyyatın neft sektorunun inkişafı üçün layihələrin təşviqi kursu prioritet istiqamət kimi götürülüb. Beləliklə, əmtəə mübadiləsi çərçivəsindən kənara çıxan layihələrə diqqət yetirməyə və ortaq nöqtələr axtarmağa dəyər. Bu, müxtəlif səviyyələrdə əlaqələri gücləndirəcək”, - deyə O.Leşenyuk əlavə edib.