Tahir Mirkişili: "Son illərdə rəqabətin çox müzakirə edilməsi müsbət haldır”

2023.04.28 12:22 (UTC+04:00)

“Bu gün yığılan vergilərin 80 faizi özəl sektorun payına düşür”.

“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Rəqabət – dayanıqlı inkişafın mühüm amili kimi" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

Onun sözlərinə görə, hazırda bazarda özəl sektorla yanaşı, dövlət sektoru da oyunçu rolunu oynayır.

T.Mirkişili əlavə edib ki, bu gün qarşıda duran əsas məsələlərdən biri özəl sektor üçün rəqabəti təmin etməkdir: "Son illərdə rəqabətin çox müzakirə edilməsi müsbət haldır. İqtisadiyyat Nazirliyinin gördüyü tədbirlər bu gün sahibkarlar arasında rəqabət aparmaq üçün elə də ciddi maneənin olmamasına gətirib çıxarır”.