Ukraynanın Xarkov şəhər meriyası, Azərbaycanın Xarkov şəhərində fəxri konsulluğu və Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının təşkilatçılığı ilə 11 may tarixində onlayn formatda Xarkov-Bakı Tikinti Forumu keçiriləcək.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı konsulluğa istinadən xəbər verir ki, forumda Xarkov şəhərinin meri İqor Terexov, tikinti və yenidənqurma sahəsində məsul şəxslər iştirak edəcəklər. Tədbir zamanı azərbaycanlı iş adamlarına tikinti sahəsində görüləcək işlər barədə məlumat veriləcək.
Eyni zamanda, layihələrin reallaşdırılması üçün tələb edilən hüquqi prosedurlar və stimullaşdırıcı tədbirlər barədə danışılacaq.