Bu ilin yanvar-mart ayları ərzində dövlət satınalmalarının ümumi məbləği 1,35 milyard manat olub.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Twitter” hesabında yazıb.
Xidmət rəisi bildirib ki, dövlət satınalmalarında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payı 96% təşkil edib.