Kazanda Azərbaycan-Tatarıstan biznes forumu keçiriləcək

2023.04.27 15:12 (UTC+04:00)

Aprelin 28-də Kazanda Tatarıstanın müəssisə və təşkilatları ilə əməkdaşlıqda maraqlı olan Azərbaycanın işgüzar dairələrinin iştirakı ilə Azərbaycan-Tatarıstan biznes forumu keçiriləcək.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Tatarıstanın Ticarət və Sənaye Palatasına istinadən xəbər verir ki, sayca ikinci forum (birinci forum ötən ilin noyabrında Bakıda keçirilib – red.) müəssisələr arasında daha sıx əlaqələrin qurulmasına hesablanıb.

Azərbaycan nümayəndə heyətinə sənayenin geniş spektrinin (kənd təsərrüfatı və qida sənayesi, tikinti və ticarət, yüngül sənaye, maliyyə, informasiya və kommunikasiya texnologiyaları) nümayəndələri daxildir.