"İqtisadi zona" proqramının 26 may 2019-cu il tarixli buraxılışı Video

2019.05.29 18:21 (UTC+04:00)

ATV ilə Vergilər Nazirliyinin birgə layihəsi olan "İqtisadi zona" proqramının növbəti buraxılışında Vergilər nazirinin müavini Sahib Ələkbərovun Qusar şəhərində Quba, Qusar və Xaçmaz rayonlarından olan vergi ödəyicilərini qəbul etməsi, Vergilər Nazirliyində iqtisadçı ekspertlərlə keçirilmiş görüş, sənədsiz evlərlə bağlı problemin həlli ilə bağlı yaradılmış komissiyanın işi, problemli kreditlər üzrə kompensasiyaların verilməsinin gedişi, UEFA Avropa Liqasının finalının Bakıda keçirilməsi ilə əlaqədar paytaxt mehmanxanalarının fəaliyyəti və bankların iş rejimi barədə süjetlər yer alıb.

Proqramın qonağı – Qida Təhkükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılov qida təhlükəsizliyi ilə bağlı müşahidə olunan problemlər və onların aradan qaldırılması yolları ilə bağlı suallara aydınlıq gətirib.