Qazaxıstanda bahalı avtomobillər üçün əlavə verginin tətbiqi gündəlikdədir

2019.05.29 19:10 (UTC+04:00)

Milli İqtisadiyyat Nazirliyi mühərrikinin tutumu 3 litrdən (3.000 kubsantimetr) artıq olan avtomobillərin dəbdəbəli əşyalar siyahısına salınması ilə bağlı ictimaiyyət arasında geniş maraq doğuran məsələyə aydınlıq gətirib. Qeyd edilib ki, bu məsələ "Qazaxıstan Respublikasının vergi məsələləri üzrə bir sıra qanunvericilik aktlarına dəyişiklik və əlavələrin edilməsi haqqında" qanun konsepsiyası müzakirə edilərkən gündəliyə gətirilib. Konsepsiyada bahalı alkoqollu içkilərin və siqaretlərin də dəbdəbəli əşyalar siyahısına salınması təklif olunub.

İctimaiyyətin müzakirəsinə verilmiş sənəddəki bəzi məqamlar əhali tərəfindən narazılıqla qarşılanıb. İrəli sürülən mülahizələrdən biri bu olub ki, əhali mühərrik tutumu 3 litrdən çox olan avtomobilləri "kefindən" almır, bu, insanlara yeganə əlçatan nəqliyyat vasitəsi kimi lazımdır.

Nazirliyin açıqlamasında bildirilib ki, bu verginin tətbiqi ilə bağlı məsələ hələlik təxirə salınıb.