2022-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları 82 faiz artıb

2023.04.25 11:46 (UTC+04:00)

2022-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları 82 faiz artıb və 15,5 milyard manat təşkil edib. Bu, müstəqilliyimiz dövründə olan mütləq rekord məbləğdir.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Heydər Əliyev və Azərbaycan sahibkarlığının inkişafı” mövzusunda konfransda bildirib.

M.Cabbarov əlavə edib ki, hökumət tərəfindən müəyyən edilmiş bir sıra fiskal imtiyazlar və güzəştlər fonunda belə nəticələrin əldə edilməsi müsbət bir haldır: “Bu, bizim doğru yolda olduğumuzu və biznes ictimaiyyəti ilə qarşılıqlı etimad və inamın formalaşdığını göstərir. Ən sevindirici hal isə ondan ibarətdir ki, ödənilən vergilərin, xüsusilə qeyri-neft sektorunda 80%-dan çoxu özəl sektorun payına düşür”.