Sərmayələrin həcmində əsaslı artım var

2023.04.20 14:05 (UTC+04:00)

"Sahibkarlığın təşviqi və biznes mühitinin təkmilləşdirilməsi sərmayələrin həcmində əsaslı artımla müşayiət olunur. Bu ilin ilk rübünün yekunlarına əsasən qeyri-neft-qaz sektoruna investisiya qoyuluşları ötən ilin müvafiq dövrünə nisbətən 51,7% artaraq 2 milyard 251,7 milyon manata çatıb".

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarındakı paylaşımında məlumat verib.