"2023-cü ilin yanvar-mart aylarında qeyri-neft-qaz sektoru üzrə ÜDM 4,9% artaraq 16 milyard 959,8 milyon manat olub. Qeyri-neft-qaz sektorundakı artım iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatların müsbət nəticəsidir".
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında məlumat verib.