Bu ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri 8290,0 milyon manat, xərcləri 6566,9 milyon manat olub.
“vergiler.az” Maliyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, 1723,1 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 343,0 milyon manat və ya 24,9 faiz çoxdur.